Geomaqnit qasırğası gözlənilir

13-05-2024, 12:30 127 dəfə baxılıb

 

Proqnoz günlərində (13-19 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 95%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 75% təşkil edir.

Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 10-12 may tarixlərində 3664 oblastındakı alışmalara bağlı olaraq S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin ardıcıl baş vermiş Tac Kütlə Atılmaları (TKA) təsiri ilə bir 14 maydan sonra sürətinin azalacağı gözlənilir. Əlavə olaraq Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri də olacaq.

Geomaqnit sahəsinin gözlənilən TKA və əlavə olaraq Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri nəticəsində bu gün güclü (G3), sabah isə zəif (G1) geomaqnit qasırğası gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031