Yağıntılı hava nə vaxtadək davam edəcək?

14-05-2024, 10:15 125 dəfə baxılıb

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə,  ölkə ərazisində  yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır.

Bəzi yerlərdə yağıntılar leysan xarakterli  intensiv olub, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 88 mm, Oğuzda 65 mm, Balakəndə 61 mm, Zaqatalada 46 mm, Göyçayda 44 mm, Şəkidə 31 mm, Lənkəranda 28 mm, Astarada 25 mm, İsmayıllı, Qaxda 21 mm, Zərdabda 18 mm, Kürdəmirdə 17 mm, Şahbuzda 13 mm, Quba, Gədəbəydə 12 mm, Qrız, Qusar, Beyləqan, Ağdamda 10 mm, Ordubad, Ağsu, Lerik, Naxçıvanda 9 mm, Şahdağ, Naftalan, Daşkəsəndə 8 mm, Tərtər, Bərdə, Xaltan, Yevlax, İmişli, Mingəçevir, Göygöl, Qobustan, Sədərək, Şəmkir, Sabirabad, Şamaxı, Altıağac, Şabran, Gəncə, Yardımlı, Ceyrançöl, Culfa, Tovuz, Qax, Ağstafa, Biləsuvar, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Yağan intensiv yağış nəticəsində respublikanin çaylarında sululuq artıb,  Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay (Qəbələ), Balakənçay  (Balakən) çaylarından qısamüddətli sel keçib.

Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Balakən, Şəki, Şamaxı, Qusar, Qrız, Şabran, Gədəbəy, Zaqatala, Qax, Lerikdə duman müşahidə olunub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti ilkin məlumata görə, mayın 17-si axşamadək fasilələrlə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930