Yeni təyin olunmuş hakimlər and içdilər - FOTO

14-05-2024, 17:17 100 dəfə baxılıb

 Bu gün Ali Məhkəmənin Plenumunun növbəti iclasında Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla birinci instansiya məhkəmələrinə təyinat alan 27 hakimin andiçmə mərasimi keçirilib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930