Azərbaycan əhalisinin sayı açıqlandı

16-05-2024, 13:37 124 dəfə baxılıb

 Ölkə əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən (DSK)

verilən məlumata görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu il aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031