Sumqayıtda 12 mindən çox abonentin qazı kəsiləcək

16-05-2024, 17:01 118 dəfə baxılıb

 Sumqayıt şəhərində mayın 17-də 12 min 500 abonentə təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə SOCAR-ın “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat yayıb.

Belə ki, “Şəhər-1” xəttindən qidalanan D-159 mm-lik orta təzyiqli qaz kəmərində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq 2024-cü il mayın 17-də saat 10:00-dan etibarən, işlər yekunlaşana qədər Sumqayıt şəhərinin 4-cü, 5-ci, 9-cu, 16-cı, 17-cı, 18-ci, 19-cu, 20-ci, 21-ci, 22-ci məhəllələrində qaz təminatında məhdudiyyətlər yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930