Faktiki hava açıqlandı

18-05-2024, 15:40 81 dəfə baxılıb

 

Mayın 18-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

“Azerinews.az” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Göyçay, Sabirabad, Xaçmaz, Salyan, Neftçalada arabir yağış, Şahdağda isə qar yağıb. Ayrı-ayrı yerlərdə şimşək çaxıb, yağıntılar leysan xarakterli intensiv olub.

Mayın 18-i gecə saatlarında Qax rayonunun Əlibəyli və Ləkit kəndlərinə, saat 11:10-11:17 radələrində Sabirabad rayonu Kovlar və Ulacalı kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 20 dərəcəyədək, dağlıq rayonlarda 8-12 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930