Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana verilib

21-05-2024, 12:04 148 dəfə baxılıb

 

“Laçın” adının verildiyi, modernləşdirilmiş “SU-25 ML” markalı qırıcı təyyarəsi Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilib.

"Azerinews.az" ın “SavunmaSanayİST” portalına istinadən xəbərinə görə, bu barədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətindən məlumat verilib.

Bildirilib ki, sözügedən qırıcı analoqlarından bir sıra cəhətlərinə görə fərqlənir. Onlardan biri həmin təyyarənin idarə olunabilən “Teber” aviasiya bombaları və raketlər, eləcə də qanadlı raketləri idarə etməyə imkan verən avadanlıqlarla təchiz olunmasıdır. Həmin silahlar da məhz Türkiyədə istehsal edilib.

Bununla yanaşı, təyyarənin komplektasiyasına raketləri lazer vasitəsilə istiqamətləndirə bilən KGK tipli avadanlıqlar da daxil edilib. Təyyarələrdə qanadların açılması hesabına uçuş məsafəsinin artırılması, kəskin hava şəraitində müşahidə qabiliyyətinin yüksəldilməsi, eləcə də ANS/KKS proqram təminatı da quraşdırılıb.

Xatırladaq ki, “Laçın” təyyarələrində nəzərdə tutulan “KGK” avadanlığının əsas üstünlüyü raketin buraxıldığı yerdən 110 kilometrlik məsafədəki hədəfi məhv edə bilməsi üçün doğru istiqamətləndirmək, eləcə də 37 kilometrdən də artıq yüksəklikdən atılan raketi belə dəqiq tuşlamaq qabiliyyətidir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031