Azərbaycanda 14 yaşlı qız anasından xəbərsiz ərə verilib

23-05-2024, 11:26 172 dəfə baxılıb

 Ağcabədi rayonunda 14 yaşlı qızla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

"Azerinews.az" xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Hindarx qəsəbə sakini, 25 yaşlı Tufan Qubadov (ad və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.

Bildirilib ki, Tufan 6 ay əvvəl Ağcabədidəki "Yunus" şadlıq evində toy edərək dayısı qızı olan 14 yaşlı Səbinə ilə evlənib. Həmin vaxt qızın anası ölkədə olmadığından toydan xəbərsiz olub. O, övladının Tufanla evləndirilməsini öyrəndikdən sonra DİN-ə müraciət edib və araşdırma aparılıb.

Araşdırmalarla yetkinlik yaşına çatmayan qızın öz razılığı ilə evləndirilməsi müəyyən edilib və T.Qubadov barəsində cinayət işi açılıb. Həmçinin qızın atası və nənəsinin iştirakı ilə evləndirilməsi bəlli olub.

Ağcabədi Rayon Məhkəməsinin 16 may tarixli hökmü ilə dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə 1 il 2 ay həbs cəzası verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031