Əlavə iş yerlərinin açılması gözlənilir

24-05-2024, 14:54 130 dəfə baxılıb

 

Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur. 

“Azerinews.az” xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. 

O bildirib ki, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir. 

M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan 3 aktiv layihə var: “Bunlar məqsədli proqramlar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib. Administrasiyada yekun müzakirədədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031