Un məhsulları ilə bağlı yeni qaydalar qüvvəyə minəcək

29-05-2024, 13:01 216 dəfə baxılıb

 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası tərəfindən "Buğda ununa dair sanitariya norma və qaydaları" və "Çörək məhsullarına dair sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.

"Azerines.az" AQTA-ya istinadən xəbər verir ki, qaydalarda buğda ununa və çörək məhsullarına dair təhlükəsizlik və minimum keyfiyyət tələbləri öz əksini tapıb.

"Buğda ununa dair sanitariya norma və qaydaları"nda maksimum nəmlik, kül miqdarı, minimum zülal miqdarı, düşmə ədədi kimi göstəricilər üzrə tələblər yer alıb. "Çörək məhsullarına dair sanitariya norma və qaydaları"nda isə buğda çörəyi və çörəyin xüsusi növləri (çovdar çörəyi, qarğıdalı çörəyi, yulaflı çörək və s.) təsbit edilib.

Bununla yanaşı, bu qaydalarda çörək məhsullarında duzun maksimum miqdarı da tənzimlənib. Belə ki, buğda çörəyi və çörəyin xüsusi növlərində duzun maksimum miqdarı quru maddəyə əsasən ən çoxu 1,5% həddində müəyyənləşdirilib.

Adıçəkilən hər iki Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930