Azərbaycanda dəmiryolu stansiyalarında ödənişsiz "Wi-Fi" zonaları yaradılacaq

31-05-2024, 12:35 218 dəfə baxılıb

 

Ölkədaxili marşrutlar üzrə qatarlarda "Wi-Fi" şəbəkəsinin keyfiyyətli qurulmasını təmin etmək baxımından "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ADY-dən məlumat verilib.

Razılaşmaya əsasən, mobil operatorlar ölkədaxili marşrutlar üzrə mobil rabitənin keyfiyyətini və davamlı təminatını yoxlamaq məqsədilə Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə monitorinqlər həyata keçiriblər. Monitorinqin nəticələrinə əsasən, sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək. Bundan sonra ADY qatarlarda "Wi-Fi" xidmətinin əlçatan olması istiqamətində müvafiq addımları atacaq.

Bununla yanaşı, hazırda Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Ağstafa stansiyalarında ödənişsiz "Wi-Fi" zonalarının yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb.

Abşeron dairəvi, Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə yerləşən və daha çox sərnişin qəbul edən digər stansiyalarda da ödənişsiz "Wi-Fi" zonalarının yaradılması mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, ötən il ADY "Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər" layihəsi çərçivəsində İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması məqsədilə ölkədə fəaliyyət göstərən şirkətlərdən biri ilə 4 milyon 307 min 196 manat məbləğində müqavilə imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930