Sabah 39° isti olacaq sabah-39-isti-olacaq

6-06-2024, 16:55 194 dəfə baxılıb

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

“Azerinews.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031