18 yaşı olmayanlar nikaha girə bilməyəcək

28-06-2024, 12:35 115 dəfə baxılıb

 Azərbaycanda nikah yaşının 1 il azaldılmasına icazə verilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi hal ləğv edilib.

“Azerinews.az” xəbər verir ki, Ailə Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nikah yaşı qəti olaraq 18 yaş müəyyən olunur.

Hazırkı vaxta qədər isə üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilirdi.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930