Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

28-06-2024, 16:38 209 dəfə baxılıb

 

İyunun 29-dan iyulun 1-i axşamadək bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Xidmətdən verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Naxçıvan MR-da şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax, Mingəçevir, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031