“Xalası qızı, bibisi oğlu ilə evlənənlər ən azı, yarıxoşbəxt yaşayır…”

1-07-2024, 10:35 158 dəfə baxılıb

 

Məlum olduğu kimi, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun təsdiqlənib.  

“Azerinews.az” xəbər verir ki, bir müddətdir sosial şəbəkələrdə müzakirə olunan məsələ ilə bağlı tanınmış yazıçı Aqşin Yenisey də fikirlərini bölüşüb.

Sözügedən evliliklərlə bağlı qadağanın parlament tərəfindən qəbul edildiyi ərəfədə yazılan status birmənalı qarşılanmayıb:

“Azərbaycanda istər kişi olsun, istər qadın, fərq etməz: həyat yoldaşını ictimai mühitdən seçənlərin, demək olar ki, hamısı ya boşanır, ya da bütün ömür boyu kor-peşman bir həyat yaşayırlar.

Kim ki, görücü üsulu ilə ailə qurur, kim ki xalası qızı, bibisi oğluyla evlənir, bütün problemlərə baxmayaraq, ən azı, yarıxoşbəxt bir həyat yaşayır. 

Bunun sosioloji səbəbləri var:

1. İctimai mühit insanı üçün hədəf ailə deyil, şəxsi karyeradır.

2. İctimai mühit Şərqdə kişilərlə qadınların birləşdiyi deyil, ayrıldığı yerdir. Yəni cinsəl olaraq gizli düşmənçilik mühitidir.

3. Ənənə “Leyli və Məcnun” kodunu ta uşaqlıqdan beyinlərə yerləşdirib: Şərqdə sevib evlənmək mümkün deyil. Mümkün olmayana cəhd edənlər bədbəxt olacaqlar.

(İstisnalar mənlik deyil həmişəki kimi)”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930