Azərbaycanda geoparklar yaradılacaq

3-07-2024, 16:45 152 dəfə baxılıb

 

Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması nəzərdə tutulur.

“Azerinews.az” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və  ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkəmizdə ilk dəfə olaraq Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Biosfer Qoruğu yaradılır. Bununla bağlı,  YUNESKO-nun “İnsan və Biosfer Proqramı”na təqdim ediləcək nominasiya dosyesinin  hazırlanması prosesi yekunlaşıb. 
Ölkəmizdə bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin genişləndirilməsi məqsədilə Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-baxar dağ silsiləsinin ərazisində yeni milli parklın yaradılması ilə bağlı işlər davam etdirilir. Bununla bağlı işçi komanda formalaşdırılıb və işlər  aparılır.

Hazırda ölkəmizdə ümumi sahəsi 893 000  hektara qədər olan 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bununla yanaşı xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi ilə bağlı bir sıra işlər həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930