Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS qalıb? - RƏSMİ

4-07-2024, 17:33 124 dəfə baxılıb

Son illər Azərbaycanda avtobus parkı genişlənsə, yeni avtobusların gətirilməsi istiqamətində ciddi işlər aparılsa da, marşrutların kart sisteminə keçirilməsi aktual olaraq qalır. Paytaxtda hələ də nağd ödənişlə fəaliyyət göstərən avtobuslara rast gəlirik. Xüsusilə Bakıətrafı qəsəbələrdə vəziyyət bərbad durumdadır. Ətraf qəsəbələrə işləyən avtobusların həm istismar müddəti bitib, həm də pik saatlarda 30-40 dəqiqə gecikmə ilə gəlirlər. Bu da sərnişinlərdə haqlı olaraq narazılıqlar yaradır. Halbuki cavabdeh qurum hələ 2019-cu ildə bütün avtobusların il sonuna qədər kart sisteminə keçəcəyini açıqlamışdı. Həmin müddətdən 5 il keçməsinə baxmayaraq, problem eyni qalır.

Məsələ burasındadır ki, yollarda yaranan tıxaclara, baş verən qəzalara əsasən dayanacaqlarda saxlamayan, bir-birləri ilə qəpik yarışına çıxan avtobuslar səbəb olurlar.

Bəs, maraqlıdır, paytaxtda nağd ödənişlə fəaliyyət göstərən avtobusların sayı nə qədərdir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bizim.Media-nın sorğusunu belə cavablandırıb:

"Ümumilikdə 115 marşrut üzrə 1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür. Hazırda fəaliyyət göstərən marşrutların 64%-də nağdsız ödəniş sistemi tətbiq olunur".

AYNA-nın açıqlamasından belə aydın olur ki, marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. Qurum nağd ödənişlə işləyən avtobusların konkret sayını açıqlamasa da, kiçik hesablama kifayət edir ki, bu rəqəmin neçə olduğunu bilək. Hesablamalarımıza görə kartsız işləyən avtobusların sayı 1026-dır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930