DİN əhaliyə çağırış ETDİ

9-07-2024, 16:27 137 dəfə baxılıb

 Polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2024-cü ilin 6 ayı ərzində 1 029 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, könüllü təhvil verilən odlu silahlardan 40 avtomat, 14 tapança, 975 ov tüfəngi olub.

"Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir.

Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə, faciəyə səbəb ola bilər", - deyə DİN-dən bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930