“77 nəfər dünyanın top universitetlərinə qəbul olunub”

15-05-2024, 12:54 148 dəfə baxılıb

 “Builki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib. Azərbaycan vətəndaşlarından 77-si artıq dünyanın top universitetlərinə qəbul olunub”.

“Azerinews.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illər şagirdlər arasında təşkil edilən müsabiqələrə təxminən 40 min məktəblinin qatılması ölçülə bilən nəticələri görməyə kömək olur: “Əvvəlki xaricdə təhsil proqramları ilə müqayisədə son illər dünyanın ən qabaqcıl universitetlərinə yerli tələbələrin qəbul sayında xeyli dəyişiklik var. Hətta proqram siyahısından kənar qabaqcıl ali təhsil müəssisələrinə tam təqaüdlə qəbul olunan tələbələrimiz var. Olimpiada qalibi olanların bu sahədə sayı daha çoxdur”.

E. Əmrullayev, həmçinin əlavə edib ki, bu il ilk dəfə Qərbi Azərbaycana Qayıdış Olimpiadası keçirilir və olimpiadaya böyük maraq var. Müsabiqənin ilk dəfə elan olunduğu Naxçıvanda da təltifetmənin olması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930