Universitetlər şəhərdən kənara mərhələli şəkildə köçürüləcək - RƏSMİ

17-05-2024, 13:14 161 dəfə baxılıb

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova qurumun rəsmi saytına müsahibəsində ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsindən danışıb.

 "Azerinews.az" xəbərinə görə, agentlik direktoru deyib ki, Bakının inkişaf konsepsiyasında bu məsələ var.

 "Səhv etmirəmsə, inkişaf konsepsiyası 25 il üçün nəzərdə tutulub. Bu proses mərhələli şəkildə görülə bilər. Mən desəm ki, sabah hansısa universitet harasa köçürülür, hazırda belə bir məsələ yoxdur. Bu gün üçün əsas layihə Qarabağ Universitetinin hazırlanmasıdır.

Böyük hədəf qoyulub, o hədəfə doğru gedirik və tədris prosesi sentyabr ayından başlamalıdır. Bu yaxınlarda cənab nazir də açıqlamışdı ki, Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi bina haqqında da məlumat veriləcək. Yəni hələlik gündəmimizdə bu məsələlər var. Amma digər universitetlərin köçürülməsi bu gün üçün aktual deyil", - deyə direktor qeyd edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031