“Azerinews.az” saytına redaktor təyin olunub

18-11-2023, 11:05 78 dəfə baxılıb

“Azerinews.az” redaksiyasına yeni redaktor təyin olunub.

Məlumat üçün bildirək ki, redaksiyaya yeni təyin olunan redaktor Abaszadə Zəhra ƏliAbas qızıdır.

Abaszadə Zəhra ƏliAbas qızı 7 iyul 2002-ci ildə Bakı şəhər Sabunçu rayonu, Nardaran qəsəbəsində anadan olmuşdur. O, 2008-ci ildə 295 saylı tam orta məktəbin birinci sinifinə daxil olmuş, 2018-ci ildə də həmin məktəbi bitirmişdir. Və həmin ildə də Qərbi Kaspi Universitetinin nəzdində Kollec oxuyub, 2021-ci ildə məzun olub. 2021-ci ildə Bakı Avrasiya Universitetinə daxil olmuşdur. Qeyd edək ki, tələbə olduğu müddətdə Qərbi Kaspi Universitetinin kitabxanasında kitabxanaçı vəzifəsində çalışıb. Sonra Qərbi Kaspi Universitetinin İqtisadiyyat Fakültəsinin Dekanatlığında tyutor kimi işləyib. 2022-ci ildə “Zirvə Yolu” qəzetinin redaksiyasında bölgə müxbiri olaraq fəaliyyət göstərib. Daha sonra isə 2023-cü il noyabr ayının 17-də “Azerinews.az” redaksiyasında redaktor vəzifəsinə təyin olunmuşdur.

“Azerinews.az” Redaksiyasının Baş redaktorluğu vəzifəsinə də layiq görülən Arif Baratzadə vəzifəyə yeni təyin olunan redaktoru bu münasibətlə təbrik edir ona gələcək fəaliyyətində uğurlar arzu edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930