Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Dünən, 12:43 11 dəfə baxılıb

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

15 iyul gecəsi dost və qardaş olan Azərbaycan xalqı da Türkiyənin yanında oldu.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım tədbirində jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki çevriliş cəhdinə qarşı olmasına və Prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi böyük dəstəyə görə hər zaman minnətdarıq. "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı. Bu anlayış sonradan Qarabağ müharibəsi zamanı da özünü göstərdi", - o qeyd edib.

Səfir vurğulayıb ki, tarixdən, mədəniyyətdən və ortaq dəyərlərdən gələn qardaşlıq ruhu dünən olduğu kimi, bu gün də, sabah da yaşayacaq və "bir millət, iki dövlət" prinsipinin həyata keçirilməsində mühüm rol oynayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031