"Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir

Dünən, 16:38 2 dəfə baxılıb

"Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir

Uruqvay nəşri "Diario La R" IV Şuşa Qlobal Media Forumunu jurnalistika, kommunikasiyalar və medianın müasir dünyadakı roluna həsr olunmuş ən mühüm beynəlxalq tədbirlərdən biri adlandırıb.

Məqalədə nəşrin nümayəndə heyətinin forumu işıqlandırmaq üçün Bakıya gəldiyi qeyd olunub.

Tədbirdə "Diario La R"i nəşrin baş direktoru Xuan Blanko təmsil edir.

"Tədbirin jurnalistlər, media rəhbərləri, alimlər, beynəlxalq təşkilatların nümayəndələri və kommunikasiya sahəsində ekspertlər də daxil olmaqla 50-dən çox ölkədən 150-dən artıq nümayəndəni bir araya gətirəcəyi gözlənilir", - məqalədə vurğulanıb.

Qeyd olunub ki, forumun keçirildiyi Şuşa şəhəri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının simvoludur.

"Forum çərçivəsində dezinformasiyanın yayılması, geosiyasi münaqişələr və sürətli texnoloji inkişaf fonunda müasir jurnalistikanın qarşılaşdığı çağırışlara həsr olunmuş konfranslar, panel müzakirələri və ikitərəfli görüşlər planlaşdırılıb.

Tədbirin əsas mövzularından biri tarixi həqiqətin bərpa edilməsində, yoxlanılmış faktlara əsaslanan informasiya narrativlərinin formalaşdırılmasında, həmçinin xalqlar arasında sülhün, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində medianın rolu olacaq", - məqalədə vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031