Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Bu gün, 13:25 4 dəfə baxılıb

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Rusiya ordusunun Ukraynanın Xarkov və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, azı 37 nəfər yaralanıb.

Bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.

Xarkov meri İqor Terexov və Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun bildirdiyinə görə, səhər saatlarında Rusiyaya məxsus "İtalmas" tipli pilotsuz uçuş aparatı şəhərin Nemışlyanski rayonunda yerləşən mülki müəssisəyə zərbə endirib.

Hücum nəticəsində yeddi nəfər xəsarət alıb, anbar binası və yeddi avtomobilə ziyan dəyib. Hadisə yerində təcili yardım və digər operativ xidmətlər işləyir.

Bundan başqa, Xarkovun Şevçenkovski rayonunda daha bir Rusiya pilotsuz uçuş aparatının qalıqlarının düşdüyü qeydə alınıb. Hadisənin nəticələri dəqiqləşdirilir.

Eyni zamanda, Rusiya ordusunun Zaporojyeyə endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində yaşayış evləri, avtomobillər, qarajlar və təsərrüfat tikililərinin zədələnməsi ilə bağlı 169 müraciət daxil olub.

Hadisə ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031