Rusiya Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, 8 nəfər ölüb

13-05-2026, 11:14 47 dəfə baxılıb

Rusiya Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, 8 nəfər ölüb
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, nəticədə 8 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya ordusu sutka ərzində regionun üç rayonuna təxminən 30 dəfə zərbə endirib – 8 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov isə qeyd edib ki, son 24 saat ərzində Rusiya qoşunları idarəolunan aviasiya bombaları və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə zərbələr endirib. Nəticədə beş nəfər xəsarət alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930