Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır

Bu gün, 17:47 3 dəfə baxılıb

Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski güzəştə getməyən danışıqçılardır.

O bu barədə Ankarada Ukrayna Prezidenti ilə görüşündə bildirib.

ABŞ liderinin sözlərinə görə, sonda Rusiya və Ukrayna arasında razılaşma əldə olunacaq:

"Bu razılaşma üzərində iş artıq çoxdan aparılır. Onun öz müsbət və mənfi cəhətləri var. Hər iki tərəf onun nədən ibarət olduğunu bilir. Bəzən o sadə görünə bilər, amma onda bir həqiqət payı var. Parkda bir-birini sevməyən və dalaşmağa başlayan iki uşağı təsəvvür edin. Bəzən bunun nə qədər ağır olduğunu özlərinin anlaması üçün onlara dalaşmağa icazə vermək lazmdır. Müharibə, döyüş əməliyyatları ağırdır".

O həmçinin tərəflərin sülh yolu ilə nizamlanmanın mümkün olduğu bir məqama yaxınlaşdığına dair fikir də ifadə edib:

"Maraqlıdır ki, belə demək olar: hazırda Ukrayna və Rusiya arasındakı vəziyyət heç vaxt olmadığı qədər pisdir".

Tramp V.Putinin nizamlanmaya hazır olduğunu niyə düşündüyü barədə suala cavabında onunla, həmçinin Prezident Zelenski ilə dəfələrlə etdiyi söhbətlərə istinad edib: "Mən Putinlə, Zelenski ilə danışmışam. Düşünürəm ki, Putin razılaşma əldə etmək istəyir. Mənə elə gəlir ki, Prezident Volodimir Zelenski ölüm və dağıntı şəraitində yaşamağa davam etmək yox, öz ölkəsinin bərpasına qayıtmaq istərdi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031