Evakuator daşıdığı yük maşını ilə birgə aşdı

1-10-2025, 17:14 7 dəfə baxılıb

  

Yevlaxda yük avtomobili qəzaya uğrayıb.

Azerinews xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlaxdan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük maşınını daşıyan evakuator yağışlı havada sürüşərək aşıb.

Nəticədə evakuatorla birlikdə kuzada olan yük maşını da yolun hərəkət hissəsinə aşıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Araşdırma aparılır.

***

Baş DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, hadisə bu gün saat 07:50-də Bakı-Qazax magistralının 288-ci kilometrliyində - üzü Qazax istiqamətində baş verib. Xəyal İsmayılovun idarə etdiyi evakuator manevr zamanı idarəetmədən çıxaraq aşıb.

Xəsarət alan olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930