TIR sərnişin avtobusu ilə toqquşdu: yaralı var - FOTO

29-11-2024, 12:54 4 dəfə baxılıb

TIR sərnişin avtobusu ilə toqquşdu: yaralı var - FOTO

Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.

Hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu gün saat 10:50-də Bakı-Qazax magistral yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində "SCANIA" markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan "Mercedes-Benz" markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Məlumata görə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031