Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib.
"Azerinews.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan bu forumda Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrindən seçilən gənc zabit, gizir, çavuş, əsgər və kursantlar iştirak ediblər. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani forum iştirakçılarını və qonaqları salamlayaraq, iki gün davam edən birinci forumda unudulmaz Heydər Əliyevin gənclərin fəaliyyət proqramına çevrilən tarixi nitqi barədə danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Ordu gənclərinə dahi liderin söylədiyi fikirlərlə müraciət edib. Ordu gənclərinin Xankəndi forumunun proqramı və reqlamenti elan edildikdən sonra fəxri qarovul dəstəsi Şuşaya sancılan, Bakıda Azadlıq meydanında, ötən il noyabrın 8-də isə Xankəndi şəhərində keçirilən hərbi paradda nümayiş etdirilən Zəfər bayrağını salona gətirib. İştirakçılar Zəfər bayrağını ayaqda, alqışlarla qarşılayıblar. Gəncliyin böyük hamisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov Müdafiə Nazirliyinin rəhbərliyi adından forum iştirakçılarına uğurlar arzulayıb. General-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusu gənclərinin Xankəndi forumunun iştirakçılarına təbrikini çatdırıb. Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva forum iştirakçılarını təmsil etdiyi nazirliyin rəhbərliyi adından 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, respublika gənclərinin mübariz dəstəsi olan ordu gənclərinin dünyanı heyrətə gətirmiş şücaət və igidliklərindən böyük iftixar hissi ilə söz açıb və Müdafiə Nazirliyinin ordu gənclərinə xüsusi diqqət və qayğı göstərdiyini, Xankəndi forumunun yüksək səviyyədə təşkil edildiyini məmnunluqla bildirib. Azərbaycan Ordusu gənclərinin Xankəndi forumu iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciəti səsləndirilib. “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Azərbaycan Ordusunun hərbi qulluqçularının mükafatlandırılması haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmrləri forum iştirakçılarının nəzərinə çatdırılıb. Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdikləri uğurlara, hərbi hissələrin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fərqləndiklərinə və “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə ordu gənclərindən bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifa etdiyi vətənpərvərlik mahnı və rəqsləri forum iştirakçıları tərəfindən maraqla qarşılanıb. Forum iştirakçıları nahardan sonra Xankəndi şəhərinin mərkəzi meydanında olub, Müzəffər Ali Baş Komandanın ucaltdığı Azərbaycan Bayrağının dalğalanmasını fəxarət hissi ilə seyr edib, Xocalı və Əsgəran qalasını ziyarətdən xoş təəssüratlarla ayrılıblar.




















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məni Şaiqdən ayırmayın - Kamal Talıbzadə
Tbilisidə IV İpək Yolu Beynəlxalq Forumunda Azərbaycanın regiondakı rolu xüsusi qeyd olunub
Heydər Əliyev Mərkəzində “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olub
Ukraynada Heydər Əliyevin adına poçt marka dəsti dövriyyəyə buraxılıb
Elnur Allahverdiyev tərəfindən alternativ hərbi xidmətə dair təklif səslənib
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli
ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Bazar günü Bakıda 33 dərəcə isti olacaq
“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb
Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib
Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb
İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb
Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb
BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb
Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır
Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib
Bakının bir sıra yollarında tıxac yaranıb
İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
Səhiyyə nazirinə yeni müavin təyin edilib
1 yaşlı qız yüksək hərarətdən vəfat etdi
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Bu il “Avroviziya”nın 2-ci yarımfinalında çıxış edəcəyik - Fotolar
Elşad Xose həbs edildi.