Xınalıq və Qrızda ilk qar
Bu gün Quba və Qusarın dağlıq ərazilərinə ilin ilk güclü qarı yağıb.
“Azerinews.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ən çox qar rayonun Qrız və Xınalıq kəndlərinə yağıb. Qrız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 3 santimetr qar qeydə alınıb.
Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək düşüb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: