Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

13-09-2024, 10:35 4 dəfə baxılıb

Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bəzi dağlıq və dağətəyi rayonlarda isə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.
Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb.
Düşən yağıntının miqdarı: Şəkidə (Kişçay) 45 mm , Qrızda 7 mm, Zaqatala, Gədəbəy, Tovuz, Daşkəsən, Şəmkir, Balakən, Qax, Qusar, Şahdağ, Xınalıq, Tərtər, Astarada 3 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 16 m/s-dək güclənib.
Sumqayıt, Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930