Vatsapda bir neçə hesabı eyni anda işlətmək olacaq - Yenilik

18-11-2025, 20:51 4 dəfə baxılıb

 


Vatsap iOS istifadəçiləri üçün təqdim etdiyi beta versiyada multihesab dəstəyi funksiyasını sınaqdan keçirir.

“Azerinews.az” xəbər verir ki, yeni funksiya istifadəçilərə gizlilik və söhbət tarixçəsinə toxunmadan eyni tətbiqdə bir neçə hesabı idarə etməyə imkan verir.

Beta testçiləri artıq parametrlərdə “hesab siyahısı” adlı yeni bölmənin əlavə olunduğunu bildiriblər.

Şirkət, həmçinin “tətbiq kilidi” funksiyasını çoxlu hesab quraşdırmasına inteqrasiya edib.

“Tətbiq kilidi” aktivləşdirilmiş hesaba keçərkən, proqram istifadəçilərdən Face ID, Touch ID və ya cihaz parolundan istifadə edərək şəxsiyyətlərini yoxlamağı xahiş edəcək.

Qeyd edək ki, hazırda beta versiyada hər cihazda iki hesab dəstəklənir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031