Vatsapda daha bir yenilik

27-06-2024, 14:08 146 dəfə baxılıb

 

Vatsap messenceri istifadəçilərə yeni funksiyanı təqdim etməyə hazırlaşır.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “WABetaInfo” dərc edib.

Məlumata görə, bununla da status yeniləmələrini daha asan paylaşmaq mümkün olacaq. Belə ki, yeni interfeys istifadəçilərə “mətn”, “video” və “fotoşəkil” bölməsi təqdim edəcək. Bu da müxtəlif media formatları arasında sürətlə keçid etməyə imkanı yaradacaq.

Məsələn, istifadəçi əvvəlcə mətn statusu paylaşmağı planlaşdırsa da, sonradan fikri dəyişə bilər. Mesajlarını fotoşəkillər vasitəsilə çatdırmaq qərarına gəldikdə, yeni funksiya vasitəsilə status yeniləmələri bölməsindən çıxmadan seçim edərək paylaşım edə biləcək.

Qeyd olunur ki, vatsap indi bu funksiyanı bəzi testerlər vasitəsilə sınaqdan keçirir, yaxın zamanlarda istifadəçilər üçün əlçatan olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031