“WhatsApp”a videolarla bağlı yeni möhtəşəm funksiya gəlir - FOTO

5-04-2024, 22:30 55 dəfə baxılıb

 “WhatsApp” yeni xidmətini istifadəçilərinə təqdim etməyə hazırlaşır. Belə ki, artıq videolara yardımçı pəncərədə baxmaq imkanı verən “təsvir içində təsvir” funksiyası işə salınır.

Yenilik “iOS” üçün “WhatsApp”da 24.7.10.73 nömrəsi altında görünüb.

Tətbiqin beta versiyasını quraşdıranlar “TestFlight” xidməti vasitəsilə üzən pəncərə rejimində “WhatsApp”a göndərilən “YouTube” və “Instagram”dan videolara baxa bilərlər.

Gələcəkdə funksiya birbaşa mesencerə yüklənmiş videofayllarla da işləyəcək.

Hələlik funksiya videoya baxışı yalnız proqram daxilində məhdudlaşdırır; iş masasına çıxmaq və ya başqa proqramı açmağa cəhd etdikdə videonun olduğu pəncərə bağlanacaq. Bunun gələcəkdə düzəldiləcəyi - videoya baxmağa dayanmadan smartfonun bütün funksiyalarından istifadə etmək mümkün olacağı gözlənilir.

Yeni “təsvir içində təsvir” video funksiyası hazırda inkişaf mərhələsindədir və yalnız beta testində mövcuddur.

Yeniliyin bütün “WhatsApp” istifadəçiləri üçün dəqiq nə vaxt işləyəcəyi barədə məlumat verilmir.


Mənbə: WABetaInfo






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031