"Azercell"in Instagram izləyicilərinin sayı 200 000 oldu!

3-04-2024, 14:18 75 dəfə baxılıb

Lider mobil operatordan dəyərli hədiyyələr qazanmaq imkanı!

"Azercell"n Instagram səhifəsində izləyici sayı 200 000-i ötdü. Şirkət 2012-ci ildən etibarən aktiv şəkildə idarə etdiyi səhifənin izləyici auditoriyasını informativ, maraqlı və faydalı məzmunlu paylaşımlar vasitəsilə genişləndirməyə müvəffəq olub.

Ümumilikdə "Azercell"in "Facebook", "X", "Instagram", "LinkedIn" və "YouTube" platformalarında istifadəçi sayı 1 milyonu ötür. Bu kanallarda lider mobil operator keçirdiyi layihələr, xüsusi təkliflər və kampaniyalar haqqında məlumat paylaşır, eləcə də müştəriləri ilə real vaxt rejimində birbaşa ünsiyyət qurur. Ölkədə sosial media üzərindən müştəri xidmətlərini təqdim edən ilk mobil operator olaraq "Azercell" bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir, abunəçiləri tərəfindən ünvanlandırılan sualları operativ şəkildə cavablandırır.

Həmçinin şirkət rəsmi sosial media hesablarında təşkil etdiyi tədbirlərdən canlı yayımlar açır, eyni zamanda müsabiqələr keçirərək izləyicilərinə dəyərli hədiyyələr qazanmaq imkanı verir. Aprelin 2-dən "Azercell" "Instagram" platformasında növbəti müsabiqəyə start verib. Müvafiq paylaşımın şərh bölməsində öz Instagram səhifəsinin izləyici sayını yazan hər kəs müsabiqədə iştirak edə bilər. Müsabiqə 8 aprel 14:00-a qədər davam edəcək.

"Azercell"i sosial mediada izləyin və ən son yeniliklərdən xəbərdar olun!

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

YouTube: https://www.youtube.com/c/AzercellYouTube

X: https://twitter.com/azercell

LinkedIn: https://www.linkedin.com/company/azercell/

Threads: https://www.threads.net/@azercell

TikTok: https://www.tiktok.com/@azercell_official






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930