Dövlət qurumlarının sosial şəbəkələrdə izləyici sayındakı illik dinamika açıqlanıb
Dövlət qurumlarının “Facebook”, “Instagram” və “X” sosial şəbəkələrində izləyici saylarındakı qeydə alınan illik dinamika açıqlanıb.
"Azerinews.az" Media Təhlil Mərkəzinin bu ilin oktyabr ayı üzrə “Dövlət qurumalının sosial şəbəkələrdə aktivlik indeksi” hesabatına istinadən xəbər verir “Facebook” sosial şəbəkəsində ötən ilin oktyabrı ilə müqayisədə izləyici sayında ən böyük artım İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qeydə alınıb. Ötən dövr ərzində Agentliyin izləyici sayı 78 % artaraq 73 324-ə çatıb.
“Instagram”da bir il ərzində izləyici sayının kəskin artıran Fövqəladə Hallar Nazirliyi olub. Ötən ilin oktyabr ayı ilə müqayisədə izləyici sayı 19 dəfə artaraq 13 216-ya çatıb.
“X” sosial şəbəkəsində hesabat dövründə izləyici sayında ən böyük artıma “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) nail olub. TƏBİB-in izləyicilərinin sayı ötən ilin oktyabrı ilə müqayisədə 46 % artaraq 1 656-ya çatıb.