“Azercell” Xankəndidə! - FOTO

11-03-2024, 14:47 3 dəfə baxılıb

 

Lider mobil operator Qarabağda növbəti xidmət mərkəzini istifadəyə verir.

“Azercell Telekom” MMC azad edilmiş ərazilərdə xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Böyük qürur və sevinc hissi ilə lider mobil operator Xankəndinin mərkəzində rəsmi diler mağazasını istifadəyə verir.

Bununla da “Azercell” azad edilmiş ərazilərdə rəsmi xidmət və satış məntəqələrinin sayını beşə çatdırmış olur. Şirkətin Şuşa şəhərində Eksklüziv ofisi, Zəngilanın Ağalı kəndində və Laçında isə diler mağazaları fəaliyyət göstərir. Xatırladaq ki, bir neçə gün öncə “Azercell” Füzulidə də mobil rabitəyə aid xidmətlər göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edib.

Bu münasibətlə şirkətin rəsmi nümayəndə heyəti Füzuli və Xankəndiyə səfər edərək burada açılan  yeni mağazaları ziyarət edib. Qeyd edək ki, hər iki ofis ən müasir avadanlıqla təchiz edilib. Mağazalarda nömrə ilə bir çox əməliyyatları rahatlıqla həyata keçirmək mümkündür. Eyni zamanda, gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazları, eləcə də smartfonları kredit və ya nağd şəkildə əldə etmək də olar. 

“Azercell Telekom” MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərdə aktiv şəkildə iştirak  edir. Qeyd edək ki, Qarabağda ilk mobil şəbəkə infrastrukturunu qurmaqla yanaşı, burada  müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını açan ilk mobil operator məhz “Azercell” olub. Lider mobil operator bu günədək azad edilmiş ərazilərdə 150-dən çox 4G baza stansiyasını və  günəş enerjisi ilə çalışan iki “yaşıl” stansiya işə salıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930