Lənkəranda 87 kiloqrama yaxın vaxtı keçmiş ərzaq aşkarlanıb

19-11-2025, 11:46 10 dəfə baxılıb

 

Lənkəran rayonu, Şiləvar kəndində "Hər Gün" marketində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı, ümumi çəkisi 86.84 kiloqram olan qida məhsulu aşkarlanıb.

"Zirveyolu.info" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, həmçinin ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031