"Caspian International"ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş

20-11-2025, 12:08 10 dəfə baxılıb

 

"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaitini talayıb.

"Azerinews.az"  "Teleqraf"a istinadla xəbər verir ki, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əməkhaqqının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər.

Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pulu ələ keçiriblər.

Məlumata görə, kartından pul oğurlanan şəxs tanınmış mama-ginekoloq Aytən Səfərovadır. Aytən Səfərova "Caspian International" Hospitaldakı işindən ötən ilin dekabr ayında ayrılıb. Aytən Səfərova işdən ayrıldıqdan sonra onun kartına 11 min manat köçürülüb. Bir müddət sonra Aytən Səfərova kartında olan vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Sifariş verilən yeni kartdan ona məxsus vəsait nağdalaşdırılıb.

Faktla bağlı cinayət işi başlanıb, hadisə üzrə araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031