Qaxa qar yağdı

13-12-2025, 10:51 7 dəfə baxılıb

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  veriilən məlumata görə, bəzi yerlərdə gecə və səhər saatlarında arabir yağış, Sarıbaşda (Qax) isə qar yağıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 4, Şabran, Ordubad, Culfa, Xaçmaz, Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy, Balakən, Xaltan, İmişli, Yardımlıda 3, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Qobustanda 16 m/s-dək güclənib.

Sumqayıt, Şərur, Ordubad, Sədərək, Göygöl, Şəmkir, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Göyçay, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930