Şahdağa qar yağdı

27-09-2024, 09:51 0 dəfə baxılıb

Şahdağa qar yağdı

Bu gün saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti verilən məlumat yayıb,

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki zonasında isə intensiv olub.

Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 22 mm, Zaqatalada 21 mm, Qaxda (Sarıbaş) 15 mm, Lerik, Balakəndə 14 mm, Yardımlıda 13 mm, Qubada 12 mm, Qusarda 11 mm, Qəbələdə 10 mm, Xaçmaz, İsmayıllıda 9 mm, Ağdamda 8 mm, Qrız, Zərdab, Oğuzda 6 mm, Şabran, Göyçay, Şamaxıda 5 mm, Altıağac, Xaltan, Şahdağ, Göygöl, Gədəbəy, Yevlax, Mingəçevir, Kürdəmir, Daşkəsən, Qobustan, Gəncə, Şəmkir, Ağstafa, Ağsu, Tərtər, Bərdə, İmişli, Biləsuvarda 4 mm-dək olub.

Şərq küləyi arabir Culfada 21 m/s, Neftçala, Naftalanda 18 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Qusar, Qrız, Şahdağ, Göyçay, Şəmkir, Gədəbəy, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 28, Aran rayonlarında 29, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930