55 yaş nədir axı...

9-02-2024, 12:40 110 dəfə baxılıb

 

55 yaş  nədir axı...

Kimin ürəyi arzu və ümidlə doludursa, o, artıq gələcəkdə yaşayır. Gəncə Şəhər DYP-də hərəkətin təhlükəsizliyi üzrə baş mühəndis Məmmədov Elşad Tofiq oğlu gələcəkdə və gələcəklə yaşayanlardandır.

Quşlar kimi illər, illər, onlar fərq etmədən uçurlar. Iyirmi yaşı vardı, otuz yaşı vardı

Və bu gün ...əllibeş...

55 yaşı tamam olur Elşad müəllimin ömrü  beşdən beşə qədərdir, 55 yaş nədir axı... 55 çox və azdır, bu həyat yoludur, tale yoludur. Tanrının Elşad Məmmədova yazdığı ömür yoludur. Ömür yolunun yarıdan çoxunu, düz 30 ilini,  Gəncə Şəhər DYP-də hərəkətin təhlükəsizliyi üzrə baş mühəndis vəzifəsində çalışır.

Məmmədov Elşad Tofiq oğlunun keçdiyi ömür yolu ilə tanış olduqda  vətənpərvər eloğlumuzun vətənini, dövlətini, millətini, peşəsini nə qədər sevdiyinin  şahidi olursan. Vətənpərvərliyinə, doğma yurd-yuvasına, soykökünə bağlılığını işi müstəvisinə gətirməyi  bacaran bütövlük nümunəsidir.

 55 il şübhəsiz ki,ötən illərin təcrübəsini və illərin toplanmış müdrikliyini  özündə daşıyan mühüm tarixdir. Yarım əsrlik həyatın  tarixə qovuşduğu, növbəti əsrin onda birinin tamamlandığı ildir.

İllərinizin sayı-hesabı olmasın. İllər sizə sağlamlığınızı almamaq şərtilə hikmət, enerji və güc gətirsin.

 Arzuların mahiyyəti sadədir: Daha yarım əsr yaşayasız.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930