Saatlıda iki nəfər dəm qazından boğularaq ölüb

24-12-2025, 11:16 10 dəfə baxılıb

 

Saatlı rayonunda iki nəfər dəm qazından boğularaq ölüb.


"Azerinews.az" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Saatlı rayonunun Qaranuru kəndində qeydə alınıb. 1933-cü il təvəllüdlü İbrahim İsmayılov və həyat yoldaşı 1936-cı il təvəllüdlü Pəri İsmayılova yaşadıqları evdə dəm qazının təsirindən boğularaq ölüblər.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib, meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031