Bakıda müğənninin ailəsində FACİƏ - Anası və nənəsi dəm qazından öldü

Bu gün, 16:20 0 dəfə baxılıb

Bakıda müğənninin ailəsində FACİƏ - Anası və nənəsi dəm qazından öldü
Müğənni İlkin Fuadın ailəsində faciə yaşanıb.
Bu barədə müğənni öz sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, müğənninin anası və nənəsi vəfat edib. “Qafqazinfo” saytı isə bildirib ki, fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Onlar hadisə yerində ölüb. Vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə nənəsidir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 fevral saat 23:12-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi ərazisindən iki nəfərin (qadın cinsli) dəm qazından zəhərlənmə şübhəsi ilə çağırış daxil olub. Çağırış saat 23:19-da ilk azad təcili tibbi yardım briqadasına ötürülüb.
"Çağırış ünvanının qeyri-dəqiqliyi və qeyd olunan kontaktla əlaqə yaratmağın mümkün olmadığı üçün ünvanın tapılmasında çətinlik yaranıb. Buna baxmayaraq, saat 23:36-da briqada hadisə yerinə çatıb. Təcili tibbi yardım briqadası tərəfindən iki şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. Lakin ünvanda olan şəxslərin təkidi ilə briqada ölüm faktı qeydə alınan şəxslərdən birini (1962-ci il təvəllüdlü) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edib. Tibb müəssisəsində də şəxsin ölüm faktı təsdiq olunub. Meyitlər hüquq-mühafizə orqanlarının müşayiəti ilə morqa təhvil verilib", - deyə məlumatda qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728