Sovetin vaxtından qalan "yolka" oyuncaqlarını işlətməyin: Tərkibində radiasiya var

26-12-2025, 09:50 6 dəfə baxılıb

 

SSRİ dövründən qalan bəzi vintaj şam ağacı oyuncaqlarının tərkibində radioaktiv maddələr ola biləcəyi bildirilir.

"Azerinews.az" xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, XX əsrin ortalarına qədər istehsal olunan bu bəzəklərdə radium əsaslı boyalardan istifadə edilib.

Qaranlıqda parlayan bu oyuncaqlar qoruyucu örtüyə malik olmadığından, zamanla boya tökülə və radioaktiv hissəciklər ətrafa yayıla bilər. Xüsusilə uşaqlar üçün risk yaradan bu əşyaların evdə istifadə edilməsi tövsiyə olunmur.

Ekspertlər vətəndaşlara köhnə Yeni il oyuncaqlarını istifadə etməzdən əvvəl diqqətli olmağı, şübhəli vintaj əşyaları isə yaşayış məkanlarından uzaq saxlamağı məsləhət görürlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031