"Xaliq Faiqoğlu”nun bütün avtobuslarında bank kartları ilə ödəniş mümkündür

26-12-2025, 10:03 7 dəfə baxılıb

 

NFC ödənişləri daha bir daşıyıcının avtobuslarında tətbiq edilir.


“Azerinews.az” AYNA-ya istinadən xəbər verir ki, bu gündən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan marşrut xətləri üzrə avtobuslarda NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi aktivləşdirilib.


Sərnişinlərə əlavə üstünlüklər təqdim edən yeni sistem sayəsində artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır. İctimai nəqliyyat istifadəçiləri telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş edə bilirlər. Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.


Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.


NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930