Abşeronda 35 yaşlı kişi faciəli şəkildə öldü

2-01-2026, 15:33 5 dəfə baxılıb

 

Abşeronda 35 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Hadisə Xırdalan şəhərində baş verib.

1991-ci il təvəllüdlü İntiqam Hüseynov yaşadığı evin hamam otağında dəm qazından boğulub.

O, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilsə də, ilkin tibbi baxış zamanı həkiməqədər ölüm faktı qeydə alınıb.

Qonşuların sözlərinə görə, mərhum əslən Daşkəsən rayonundan imiş, Xırdalanda kirayə yaşayırmış.

"Eşitdik ki, dəm qazından boğulub, xəstəxanaya aparıblar. Çox yaxşı oğlan idi", - deyə qonşulardan biri bildirib.

Ətraflı Baku TV-nin videomaterialında:







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031