İlknur Turkut barədə yeni cinayət işi başlanılıb

12-02-2024, 12:47 10 dəfə baxılıb

 

Dələduzluğa görə bacısı ilə birgə həbsdə olan İlknur Turkut barədə yeni cinayət işi başlanılıb.

“Azerinews.az” ın əldə etdiyi məlumata görə, İlknur Turkut Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib. O, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.

Bu günlərdə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşi hakim Zamiq Bağırov araşdıracaq.

Qeyd edək ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə təqsirli biliniblər. İttihama görə, bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək bir milyon manata yaxın ziyan vurublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031