Bu yollar 2 gün bağlı olacaq

16-04-2026, 21:27 4 dəfə baxılıb

 

Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq beş yolda təmir işlərinin aparılması planlaşdırılır.
Təmir işləri Rəşid Behbudov küçəsində (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə), Ziya Bünyadov prospektində (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, “Koroğlu” metro stansiyası istiqamətində, hissə-hissə), Abbas Mirzə Şərifzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə), Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə) və Bakı Dairəvi yoldan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yolda aparılacaq.

“Təmir işləri 17 aprel saat 23:00-dan 20 aprel saat 06:00-dək icra olunacaq. Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur”, - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930