SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIR

18-04-2026, 10:33 19 dəfə baxılıb


Və yaxud, başçıya qarşı verilən iddia ərizəsinə hakimin ədalətli qərar verməsi üçün dizləri niyə əsməlidir?


Tovuz rayonu Azaflı kəndində daimi qeydiyyatda olan və

həmin kənddə daimi yaşayan Alisgəndərov Oktay Telman

oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə  və aidiyyatı dövlət qurumları rəhbərlərinə KİV vasitəsilə Ş İ K A Y Ə T - Ə R İ Z Ə S İ ilə müraciət etmişdir.

Müraciətin aktuallığını və dövlət əhəmiyyətini nəzərər alaraq onu olduğu kimi ictimaiyyətə təqdim edirik.:

Hörmətli, cənab Prezident və səlahiyyət sahibləri!

Bildirirəm ki, mən Alisgəndərov Oktay Telman oğlu Azərbaycan Respublikasının

Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə

verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli

Fərmanına uyğun olaraq özümə məxsus tikilinin yerləşdiyi torpaq sahəsi dövlət

mülkiyyəti olmaqla Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi

0,97 kv.metr olan qeyri-yaşayış binamı, obyektimi Azərbaycan Respublikasının

Fövqaladə Hallar Nazirliyində 15230 nömrə ilə rəsmi portalda qeydiyyata aldırıb,

istismara qəbul etdirib, rəsmi qaydada sənədləşdirib hüquqların dövlət qeydiyyatı

haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış və texniki pasport

almağım üçün Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Gəncə

Regional Mərkəzinə müraciət etmişəm.

Azərbaycan Respublikasının Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti

obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-

cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq 10 qurumun müsbət rəyi alınmalı

olduğu halda Tovuz Rayon İcra Hakimiyyətindən başqa 9 qurumun (Azərbaycan

Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz

Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi

İdarəsinin, SOCAR «Azəriqaz» İstehsalat Birliyinin, «Azərişıq» ASC-nin, ADSEA-nın

(Azərsunun), FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, FHN Dövlət

Yanğın Nəzarəti Xidmətinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ[1]mədən Nəzarəti Dövlət Agentliyinin, Obyektin İstismara hazır olması barədə FHN-nin və

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin)

müsbət rəylərini almaqla yanaşı mənə məxsus Tovuz şəhəri Heydər Əliyev prospektində

yerləşən tikinti sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış binamın, obyektimin yerləşdiyi

0,97 kv.metr torpaq sahəsi dövlət mülkiyyəti olduğu üçün Azərbaycan Respublikası

İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə 01 oktyabr 2025-ci il

tarixli 14115 nömrəli “hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə

icarə müqaviləsi də bağlamağıma və obyektin istismara qəbul edilməsinə dair aktın

verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə 61 (altmış bir) manat

dövlət rüsumu da ödəməyimə baxmayaraq, hörmətli, cənab Prezidentim, nədənsə Tovuz

Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlu Sizin

Fərmanınızın əlehinə, ziddinə getməklə, öz şəxsi maraqları naminə Sizin Fərmanınızı

heçə sayıb xalqla Dövlət arasında uçurum yaradır, xalq və Hakimiyyətin birliyinə xələl

gətirir, vətəndaş məmnunluğunu heçə sayaraq vətəndaş süründürməçiliyinə yol verir,

Sizin yürütdüyünüz daxili və xarici siyasətinizə kölgə salmağa çalışır.

Belə ki, mən Alisgəndərov Oktay Telman oğlu 5 aydan çoxdur ki, Tovuz Rayon

İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlundan icarə müqaviləsi

ilə birlikdə tələb olunan bütün sənədləri o cümlədən obyektin istismara qəbul edilməsinə

dair aktın verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə 61 (altmış bir)

manat dövlət rüsumu ödəyib ödənişə dair qəbzi də Tovuz Rayon İcra Hakimiyyətinin

Memarlıq və Tikinti Şöbəsinə təqdim edib, məni canıma doydurub, canımdan

bezdirdikləri üçün əsəbdən əsəb, şəkər xəstəliyinə tutulub insult keçirməməyim xatirinə

məcbur olub hətta 25 dekabr 2025-ci il tarixdə Azərpoçt ASC-nin Tovuz Mərkəzi filialı

vasitəsi ilə rəsmi ərizə və teleqramla müraciət etsəm də nə obyektin istismara qəbul

edilməsinə dair aktı ala bilirəm nə də obyektin istismara qəbul edilməsinə dair aktın

verilməməsinin səbəblərini aydınlaşdıra bilirəm. Qısacası cavablarında şifahi olaraq

onların dili ilə desək bildirirlər ki, “biz Başçının razılığı, “dabrosu”, “okeyi” olmadan

obyektin istismara qəbul edilməsinə dair aktı nə verə bilərik nə də qanunla müəyyən

edilmiş qaydada obyektin istismara qəbul edilməsinə dair aktın verilməməsinin səbəbləri

barədə məlumat verə bilmərik.” Yəni qısacası bir sözlə Tovuz Rayon İcra

Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlu rəhbərlik etdiyi İcra

Hakimiyyətinin bütün sturuktur Bölmələrinin səlahiyyətlərini və möhürlərini

mənimsəməsi azmış kimi hətta xalq tərəfindən seçilmiş Tovuz rayonunda fəaliyyət

göstərən bütün Bələdiyyələrin də səlahiyyətlərini və möhürlərini mənimsəməklə Tovuz

əhalisini canına bezdirib Tovuzda özünü Bağdadda isə kor xəlifəni sayır, başda ən Ali

Qanununmuz olan Azərbaycan Respublikasının Konstitutsiyası olmaqla qüvvədə olan

bütün qanunvericiliyin ziddinə, əlehinə çıxmaqla bilərəkdən qəsdlə ciddi və kobud qanun

pozuntularına yol verib hərəkət və ya hərəkətsizlik nümayiş etdirir.

Odur ki, yuxarida qeyd etdiyim halları, faktları, sübutları və xüsusatları nəzərə alıb

Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, öz şəxsi nüfuzunuzdan və səlahiyyətlərinizdən

istifadə edib, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyində 15230 nömrə

ilə rəsmi portalda qeydiyyatan keçirdiyim, Tovuz Rayon İcra Hakimiyyətindən başqa 9

aidiyyəti qurumdan müsbət rəylər aldığım, obyektin yerləşdiyi torpaq sahəsinə dair

Dövlətlə 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli icarə müqaviləsi bağladığım Tovuz

şəhəri Heydər Əliyev prospektində yerləşən tikinti sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış

binama, obyektimə Tovuz Rayon İcra Hakimiyyətindən obyektin istismara qəbul

edilməsinə dair aktın verilməsinə köməklik göstərib, Tovuz Rayon İcra Hakimiyyətində

baş alıb gedən, ayaq tutub yeriyən hərəkət və ya hərəkətsizliyin, bu özbaşınalıqların

qarşısının alınması üçün ciddi və təxirə salınmaz cəza tədbirləri görəsiniz.

Qoşma: Şikayət ərizəsi 03 vərəqədə, Şəxsiyyət vəsiqəsinin, Azərbaycan

Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz

Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi

İdarəsinin, SOCAR «Azəriqaz» İstehsalat Birliyinin, «Azərişıq» ASC-nin, ADSEA-nın

(Azərsunun), FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, FHN Dövlət

Yanğın Nəzarəti Xidmətinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ[1]mədən Nəzarəti Dövlət Agentliyinin, Obyektin İstismara hazır olması barədə FHN-nin və

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin

müsbət rəylərinin, 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli icarə müqaviləsinin, İcarə

müqaviləsi üzrə icarə haqqının ödənilməsinə dair qəbzlərin, 25 dekabr 2025-ci il tarixdə

Azərpoçt ASC-nin Tovuz Mərkəzi filialı vasitəsi Tovuz Rayon İcra Hakimiyyətinə

ünvanladığım rəsmil ərizənin və teleqramın kserosurətləri hər bir ünvana.

İmza: Alisgəndərov Oktay Telman oğlu

P,S.   Bizdə olan digər məlumatlardan əldə etdiyimiz nəticəyə görə sahibkarın qaldırdığı məsələ tək bir şəxsin deyil, daha geniş əhatə dairəsi vardır. Sadəcə Oktay müəllim cürət sahibi olduğuna görə sründürməçi məsələni qaldırmışdır. Oktayın verdiyi məlumata görə o problemin həlli üçün  Tovuz rayon İcra Hakimiyyəti başçısına qarşı məhkəmə iddiaası qaldırmışdır. Lakin aylar keçsə də Tovuz Rayon Məhkəməsinə yeni təyin olunmuş hakim Hacıyev Süleyman Aslan oğlunun dizləri əsdiyinə görə hələlik qərar qəbul etməkdə çətinlik çəkir. Güman edirik ki, yaxın günlərdə problem məhkəmə qaydasında həllini tapacağına ümidliyik. Tovuz rayonundan olan digər sahibkar Şahin Qarayev də cənab başçı Məmməd Məmmədova iclas zamanı öz etirazını bildirmişdir ki, rayon daxilində fəaliyyət göstərən bütün artezyan suları ancaq başçının qohum-əqrəbalarının adlarına olan torpaq sahələrinin suvarılmasına yönləndirilir. Bu isə ayrıseçkilikdir. Amma nə xeyri. Doğrudur, araşdırma zamanı cənab başçının su inhisarına müəyyən qədər haqq qazandıra bilərik. Bu arada xatırladaq ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Məmməd Məmmədov Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri, Cahan Məmmədovun qardaşıdır.

Elə ona görə də  rayonda nəzərdə tutulduğundan da çox sayda qazılan artezyan quyuları məhz Məmməd müəllimin aparat rəhbəri işləmiş qardaşı Cahan Məmmədovun  köməkliyi sayəsində ərsəyə gəlmişdir. Yəni, burada başçı həqiqətən suyu öz bildiyi qədər istifadə edə bilər. Su üzünə həsrət qalan Tovuz sakinləri də məcbur olub pay torpaqlarını başçının yaxınlarına satmaqla işlərini birdəfəlik bitmiş hesab etsinlər. Və gələcəkdə də gəlib "su qiymətinə"satdıqları torpaqlarda təhkimli kəndli kimi işləyə bilərlər. Amma Məmməd Məmmədov bir tarixi faktı unudur. Axı Azərbaycan ərazisində hələ Çar Rusiyası dövründə, yəni 1870-ci ildən təhkimçilik ləğv edilmi,ş, 1929-cu ildən 1996-cı ilədək isə kolxoz adı altında təhkimçilik bərpa edilmişdir. Artıq 30 ildir ki, insanlar dövlətdən aldıqları torpaq üzərində mülkiyyət sənədləri almalarına baxmayaraq Məmməd müəllim tarixin "təkər"lərini yenidən geriyə fırlatmağa çalışır. Bu da təbii ki, dövlətlə kəndli arasında narazılıqlara səbəb olmaqdadır. 

          BƏS BAŞÇI MİLYONLARI  KORRUPSİYALAŞMIŞ BAŞ NAZİRİMİZDƏN FƏRQLİ OLARAQ NECƏ QAZANMIŞDIR?

Bu sualın cavabını isə aktualinfo saytı araşdırmasında faktlara istinadən cavabı belə vermişdir:

Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatları Birliyi ammofos gübresinin satınalınması üzrə bir mənbədən satınalma yolu ilə keçirdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 181.760 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 04.12.2024 -cü il tarixdə dərc edilib.

Qeyd edək ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatları Birliyi “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda. Göründüyü kimi Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AQROKİMYA” (VÖEN: 7300045761) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.11.2000-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 9938.80 manat olan MMC-nin hüquqi ünvanının, TOVUZ RAYONU, DÖNÜK QIRIQLI, qanuni təmsilçisi kimi isə Məmmədov Rəhman Məmməd oğlu qeyd olunub.

Bəs Məmmədov Rəhman Məmməd oğlu kimdir? Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun oğlu.

Vergi Xidmətinin reyestr məlumatlarına edilmiş dəyişiklikdə “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məmmədov Məmməd Cahangir oğlu tərəfindən təsis edildiyi göstərilir. MMC-yə ayrı ayrı vaxtlarda Xəlilov Eldar Cabbaroviç də rəhbərlik edib.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Məmmədov Məmməd Cahangir oğlu 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Apardığımız daha ətraflı araşdırmada o da məlum oldu ki, “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər Kənd Təsərrüfatı Nazirliyinə tabeli “Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC ilə bir mənbədən satınalma yolu ilə 413.000 manat məbləğində 05.11.2024-cü ildə, 480.390 manat məbləğində 12.10.2023-cü ildə iki satınalma müqaviləsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.09.2021-ci ildə 940.600 manat məbləğində satınalma müqavilələri bağlamışdır.

Göründüyü kimi “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri yüzminlərlə manat olan tenderlərin qalibi olub. Maraqlıdır ki, “AQROKİMYA” MMC Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdiyi satınalmalarda bir mənbədən satınalma yolu ilə qalib gəlib. Bu isə “AQROKİMYA” MMC -nin təsisşisi olan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Kənd Təsərrüfatı Nazirliyindəki şəxsi əlaqələri ilə bağlı ola bilər.

Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz bayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Tovuzun kəndlərində sadə vətəndaşlara aid pay torpaqlarına verilən suda problem yaradir ki, kənd sakinləri bezib əllərində olan torpaqları bu adama satsınlar. Bu üsulla yüzlərlə hektar torpaq, kənd sakinlərinən alıb öz adamlarının adına kecirib. Göründüyü kimi Məmməd Məmmədov Tovuzda qazandıqları azmış kimi, milyonları həm də belə qazanır.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930